Albaniya/Arranın Varisi Şəki və Səlcuqlu Dövləti İlə Münasibətləri
Article Sidebar
Özet
Məqalə Azərbaycanın şimal-qərb hissəsindəki dövlətçilik tarixinin 200-250 illik bir tarixini əhatə edir. Azərbaycan tarixşünaslığında əsasən Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar kimi dövlətlərin əhəmiyyəti ön plana çəkilib. Lakin, Şəki məlikliyi, Xaçın məlikliyi, Tiflis əmirliyi, Ani Şəddadiləri kimi dövlətlərin tarixinə nədənsə çox da yer verilməmişdir. Məhz buna görə də bu məqalədə Şəki məlikliyinin tarixi Azərbaycanın tarixinin bir parçası kimi işlənmişdir. Eyni zamanda məqalədə Azərbaycan tarixşünaslığında 705-ci ildə Albaniya/Arran dövləçiliyinin sona çatması fikrinə qarşı əks-tezis səsləndirilmişdir. Bu mənada Şəki məlikləri yeni, bərpa edilmiş Albaniya/Arran dövlətinin hökmdarları kimi nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, ərəb mənbələrində Şəki məlikliyi adlanan dövlət erməni və gürcü mənbələrində Albaniya, Rani (Aran) kimi adlarla adlandırılmışdır. Məqalədə bir sıra tədqiqatlarda Şəki dövlətinin tamamilə xristian dövləti kimi göstərilməsinə, xristian koalisiyasının tərkibində olmasına əks-fikir irəli sürülmüşdür. Şəkinin bir sıra hökmdarlarının cümə günü müsəlmanlarla, şənbə günü yəhudilərlə, bazar günü xristianlarla ibadət etməsi buradakı multikultural mühitin tələbi idi. Şəki məlikliyinin tarixi hadisələrdə iştirakından bu dövlətin bəzən müsəlman cəbhəsində, bəzən xristian cəbhəsində yer alması, dövlət mənfəətinə uyğun olaraq bir çox hallarda hər iki cəbhəyə bərabər məsafədə durduğu göstərilmişdir. Şəki məlikliyinin bu proseslərdə göstərilən şəkildə iştirakının obyektiv və subyektiv səbəbləri araşdırılmışdır. Heç şübhəsiz tez-tez bu cür cəbhə dəyişdirmələrin səbəbləri arasında idarəçi elitanın xristian, əhalinin mühüm hissəsinin isə müsəlman olması da var idi. Məlum olur ki, Şəkidə yalnız Kaxeti ilə birləşdikdən sonra xristianmeylli siyasət üstün mövqe tutmağa başlamışdır (XI əsrin 20-30-cu illəri). Bu hadisədən sonra da Şəki hökmdarları Aran hökmdarları, ranların (albanların) hökmdarları kimi adlandırılmağa davam etdirilmişdi. Lakin, buna baxmayaraq Şəki məlikliyinin müsəlman dövlətləri ilə münasibətləri pozulmamışdır. Hətta xristianlıq Şəkidə möhkəmləndikdən sonra belə ölkəyə qarşı ən sərt mövqedə xristian dövlətləri olmuşdur. Nümunə kimi ölkəyə qarşı ən təcavüzkar siyasət yeridən Abxaz-Kartli çarlığını göstərmək olar. Xüsusilə bu çarlığın nümayəndəsi III Baqrat və IV Baqratın dövründə münasibətlər daha da gərginləşmişdir. Məhz bu təcavüzkar siyasətin nəticəsində Şəki və Kaxeti birləşmişdi. Bir çox hallarda bu təcavüzkar siyasətdən qorunmaq üçün Şəki hakimliyi müsəlman dövlətləri ilə yaxınlaşmağa üstünlük vermişdir. Bəzən isə Abxaz-Kartli çarlığının təcavüzkar siyasətindən bəzi müsəlman dövlətlərini qorumuşdur. Buna nümunə kimi Şəki məlikliyinin Tiflis əmirliyi ilə, daha sonradan Səlcuqlu dövləti ilə münasibətləri tədqiq edilmişdir. 1037-1038-ci ildə IV Baqratın Tiflisi mühasirəsi zamanı məhz kaxların və ranların (Şəki məlikliyinin) şəhərin sol hissəsinə çıxışı nəticəsində şəhərin mühasirədən azad olması prosesi sürətlənmişdir. Bu hadisə 1040-cı ildə Şəki məliyi Qağikin IV Baqratın hücumu nəticəsində bir neçə qalasının yandırılması ilə nəticələnir. Şəki məhz bölgədə Səlcuqlu imperiyası ilə əlaqə qurduqdan, I Axsitanın İslamı qəbul etməsindən sonra Abxaz-Kartli təhlükəsini bir müddətliyinə sovuşdurur. Hətta Axsitan Alp Arslanın Abxaz-Kartli üzərinə yürüşündə Tiflis əmiri ilə birgə iştirak edir. Alp Arslanın ölümündən sonra belə Axsitan Səlcuqlu sarayındakı mövqeyini itirmir, Məlikşahın yanına gedərək İslamda olmasını elan edir və öz mövqeyini daha da gücləndirir. Bu mənada məqalədə aşağıdakı qənaətə gəlinmişdir: Şəki məlikliyində idarəçi elitanın xristian olması onun Albaniya/Arran dövlətinin varisi olmasını və bu taxta iddiasının göstəricisi idi. Tiflis əmirliyini III Baqratdan qoruması, yeri gələndə səlcuqlularla Abxaz-Kartli üzərinə yürüşə getməsi isə Şəkinin Abxaz-Kartlinin daxil olduğu sivilizasiya mühitindən daha çox Azərbaycan dövlətlərinin daxil olduğu mühitə yaxın olduğunun göstəricisi idi. Məqalədə əsasən dövrün müasiri və ya bu dövrə yaxın dövrdə yazılan ərəbdilli, gürcü, ermənidilli mənbələrdən istifadə edilmişdir. Bu mənbələrdən istifadə edilərkən müqayisəli təhlil metodunun istifadəsinə diqqət yetirilmişdir.
Referanslar
Bedirhan, Yaşar. Kafkasya ve Büyük Selçuklu Devletinin Kafkasya Politikası. Konya: Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Doktora tezi, 1999.
Bünyadov, Ziya. Azərbaycan VII–IX əsrlərdə. Bakı: Azərnəşr, 1989.
Əl-Məsudi, Əbu-l Həsən Əli ibn əl-Huseyn. Muruc əz-Zəhəb və Məadin əl-Cəvahir. 1. Cilt, Beyrut: əl-Məktəbət-ul Asriyyə, 2005.
Əl-Müqəddəsi, Şəmsəddin Əbi Abdullah Muhamməd bin Ahməd bin Əbi Bəkr. Əhsən ət-təqasim fi mə’rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill, 1967.
Brosset, Marie Felicite (Gürcüceden çev. ve notlar). Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar). trc. Hrand D. Andreasyan, Ankara: Türk tarih kurumu Basımevi, 2003.
Hacıəli, Şirinbəy. Şimal–Qərbi Azərbaycan: İngiloylar. (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək). Bakı: Təhsil nəşriyyatı, 2007.
İbn əl-Əsir, Əli İzzəddin əl-Cəzəri. Əl-Kamil fi-t Tarix. 8-ci cild. Beyrut, 1987.
İbn əl-Əsir, Əli İzzəddin əl-Cəzəri. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə. Bakı: Az. SSR EA Nəşr., 1959.
İbn Havqəl, Məhəmməd Əbu-l Qasim. Kitab əl-masalik va-l-mamalik (Yollar və məmləkətlər kitabı). Leyden: E.J.Brill, 1872.
İbn Rusta, Əbu Ali Əhməd ibn Amr. Kitab əl-A’laq ən-nəfisə. (Nəfis daş-qaşlar kitabı). Leyden: Brill, 1892.
Mahmudov, Yaqub (elmi red.). Şəki: ən qədim zamanlardan günümüzədək. Bakı: Turxan NPB, 2020.
Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6, London: Taylors Foreign Press, 1953.
Kalankatuklu, Moisey. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur. Bakı: “Elm” nəşriyyatı, 1993.
Nəsibli, Yunis. “Türk dünyası və Gürcüstan XI əsrin son rübündə”, Bakı universitetinin xəbərləri jurnalı, Humanitar elmlər seriyası, 3 (2009): 124-129.
Vəlixanlı, Nailə. IX-XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan haqqında. Bakı: “Elm” nəşriyyatı, 1974.
Vəlixanlı, Nailə (red). Azərbaycan tarixi. 7 cilddə. 2. cild (III-XIII əsrin I rübü). Bakı: “Elm” nəşriyyatı, 1998.
Багратиони, Вахушти. История царства Грузинского. Пер., снабдил предисл., словарями и указат. Н. Е. Накашидзе. Тб.: Изд. «Мецниереба», 1976.
Гусейн-заде, Рауф. Кавказ и Сельджуки. Баку, 2010.
Гусейн-заде, Рауф. Сельджукская эпоха истории Кавказа. Москва, 2012.
Зетеишвили И. (Перевод). “Житие царя царей Давида”. Символ, 40 (1998): 276-301.
Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая. Ред. кол.: З. Н. Алексидзе, В.Н. Габашвили, Н.С. Джанашиа и др. АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», Тип. АН ГССР, 1982.
Лордкипанидзе, Мария. История Грузии XI – нач. XIII вв. Тбилиси: Издательство «Мецниереба», 1974.
Матиане Картлиса. Перевод, введение и. и примеч. М.Д.Лордкипанидзе. Тбилиси, 1976.
Минорский, Владимир. История Ширвана и Дербенда X – XI веков. Москва: Изд. вост. лит., 1963.
Мкртумян, Гамлет. Грузинское феодальное княжество Кахети в VIII-XI вв. и его взаимоотношения с Арменией. Ереван, 1983.
Мусхелишвили, Давид. Из исторической географии Восточной Грузии. Тб: Изд. «Мецниереба». 1982.
Садраддин, Али ал-Хусайни. Ахбар ад-Даулат ас-Селджукиййа. Изд. текста, пер., введ., примечания и приложения З. М. Буниятова. Москва: Изд. «Наука», 1980.
Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. III. Ибн Хордадбех. C 1-21; IV. Кудама. C. 23-34; V. Ибн Руста. C. 35-54; VI. Ал-Якуби. c. 55-63; Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 32. Тифлис: Тип. Канцелярия главноначальствующаго гражд. частию на Кавказе и К. Козловскаго, 1903.
Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н.Эминым. Москва: Тип. Лазаревского Института Восточных языков, 1864.